Avtomobil üçün rəqəmsal pasport

Maşınınızın bütün məlumatı bir QR-da.

Avto F ID stikeri şüşəyə yapışdırılır. QR-ı oxudan hər kəs bir toxunuşla sizə zəng edir və ya WhatsApp-da yazır, nömrəniz isə görünmür. VIN məlumatı, texniki baxış və sığorta müddəti, yağ dəyişmə tarixçəsi bir yerdədir. Ustanız, ehtiyat hissələri mağazası və evakuator da bir toxunuş uzaqdadır.

🛒 QR kod sifariş verin
AZ10-RR-777
Toyota Land Cruiser Prado2019 · Ağ · Nəsimi, Bakı
🔎 VIN kod məlumatları
VIN kodJTEBR3FJ2KK123456
MarkaToyota
ModelLand Cruiser Prado
Buraxılış ili2019
RəngAğ
KuzovSUV / krossover
Mühərrik2.7 L, 4 silindr
YanacaqBenzin
Sürətlər qutusuAvtomat
ÖtürücüTam ötürücü
İstehsal ölkəsiYaponiya
🛠 Servis tarixçəsi · hələ yoxdur
📊 Ümumi xülasəqısa nəticə, diqqət tələb edənlər, bölmələr

Hələ servis yazılmayıb. İlk servis yazılanda xülasə burada görünəcək.

📋 Ümumi servis məlumatlarıyeni və köhnə servislər

Hələ servis yazılmayıb.

Texniki baxış: 26 mart 2027 · Sığorta: 19 dekabr 2026
Sahibi: Rəşad M. · Avto F ID № 00000127
Avto F ID

Necə işləyir

ADDIM 1

Stikeri alın

5 × 5 sm stiker, hər birinin öz QR kodu və nömrəsi var. Şüşəyə yapışdırılır.

ADDIM 2

Qeydiyyatdan keçin

QR-ı oxudun və VIN kodu yazın: marka, model və il özü gəlir. Sonra nömrəni, telefonunuzu, 4 rəqəmli kodunuzu, texniki baxış və sığorta tarixini yazın.

ADDIM 3

İstifadə edin

Sizə zəng və mesaj gəlir, vaxtı yaxınlaşan sənədlər rənglə xəbər verir. Məlumatınızı yuxarıdakı “Sahib girişi”ndən özünüz dəyişirsiniz.

Stiker sizə nə verir

📞 Sizə dərhal xəbər çatır

Maşın yolu bağlayanda, faralar yanılı qalanda və ya qəza olanda QR-ı oxudan adam sizə bir toxunuşla zəng edir və ya WhatsApp-da yazır. Nömrəniz ekranda görünmür.

📅 Sənədlər nəzarətdə

Texniki baxış və icbari sığortanın bitməsinə neçə gün qaldığı görünür. Vaxt yaxınlaşanda narıncı, keçəndə qırmızı olur. Cərimədən qorunursunuz.

🛢 Yağ dəyişmə tarixçəsi

Hər yağ dəyişməsi yazılır: tarix, kilometraj, yağın markası və litri. Növbəti dəyişimə neçə km qaldığı hesablanır. Tarixçə silinmir.

🔎 VIN məlumatı

VIN kodu yazan kimi marka, model, il, mühərrik, sürətlər qutusu və digər məlumat özü tapılır. Maşını satanda alıcıya göstərmək rahatdır.

🔧 Usta və xidmətlər bir yerdə

Ustanızın ünvanı və nömrəsi, markanıza uyğun ehtiyat hissələri mağazaları, evakuator, akkumulyator və təkər xidmətləri bir toxunuşla açılır.

👤 Hər şeyi özünüz idarə edirsiniz

Yuxarıdakı “Sahib girişi”ndən telefon və 4 rəqəmli kodunuzla daxil olub tarixləri, nömrəni, şəkli və telefonunuzu dəyişirsiniz.

Tez-tez soruşulanlar

Nömrəm başqalarına görünür?

Xeyr. QR ekranında nömrəniz yazılmır, yalnız “Zəng et” və “WhatsApp” düymələri işləyir.

Kodu unutsam nə edim?

Avto F ID-yə zəng edin, yeni 4 rəqəmli kod verəcəyik.

Maşını satsam və ya dəyişsəm?

Bizə xəbər verin: stiker yeni sahibə keçirilir və ya yenidən boşaldılır.

QR kod sifariş verin

5 × 5 sm Avto F ID stikeri. Zəng edin və ya WhatsApp-da yazın, sifarişinizi qəbul edək.

+994 77 544 62 22